Qadin.NET / Evdə tərxun limonadı (foto resept)

Evdə tərxun limonadı (foto resept)

Tərkibi:

Tərxun - 1 dəstə

Limon - 1 ədəd

Şəkər tozu - 150 q.

Qazlı su və ya sadə su - 700 ml.

Sadə su - 250 ml.

Hazırlanması: 

Əvvəlcə tərxunun yarğaqlarını yuyuruq, sonra seçib ayırırıq. Yarpaqlarını blenderə, sapaqlarını qazana.

Həmin qazana şəkər tozu və 150 ml. su əlavə edib, zəif odda qaynadıb bişiririk 7 dəqiqə. 

Tərxunun yarpaqlarinin üzərinə 100 ml. su və limon şirəsi sıxıb sonra isə, blenderdən keçiririk. 

 

İndi isə bunu təmiz süzgəcdən keçiririk. Sonra qazandakı suyu süzüb əlavə edirik.

Daha sonra isə bu şirəni soyuq qazlı su ilə qarışdırın, ya da ki,  sadə soyuq suyu əlavə edin.

Nuş olsun! 
 (Tərcümə edilib)
11 avqust 2016
GO BACK