Qadin.NET / Vişnəli kisel(foto resept)

Vişnəli kisel(foto resept)

 

Tərkibi:

Vişnə- 200 q

Şəkər tozu- 6-7 x.q

Kartof nişastası-3 x.q

Su- 1 litr

Hazırlanması:

Vişnələri yuyub üzərinə 1 litr su əlavə edib 5-7 dəqiqə qaynadırıq.

Sonra alınan həlimi ələkdən keşiririk. Yenidən odun üzərinə yerləşdirib qaynadırıq.Üzərinə şəkər tozu əlavə edirik.

Nişastan bir stəkana əlavə edib üzərinə su əlavə edirik. Yaxşı-yaxşı qarışdırırıq.

Sonra vişnəli suyun üzərinə əlavə edib oddan götürürük.

Nişastanı əlavə edərkən dəyanmadan qarışdırmağı unutmayın. Soyumasını gözləyirik. Və stəkanlara süzürük. Zövqə görə üzərinə qoz və fıstıq da əlavə edə bilərsiniz.

Nuş olsun!

4 iyun 2016
GO BACK