Qadin.NET / Şokoladlı dondurma (foto resept)

Şokoladlı dondurma (foto resept)

Tərkibi:
500 ml. 33-35 %-llik qaymaq
200 q. şəkər kirşani
5 ədəd yumurta
50 - 70 q. şokolad
  1 c. q. vanilin
1 - 2 c. q. kakao
1 çimdik duz

Hazırlanması:

Əvvəlcə 5 ədəd yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız ağları mikser qabına tökün.

Sarılarını isə tamamilə kənar bir qaba tökün.

İlk olaraq yumurta sarısını 1 st şəkər kirşani ilə köpüklənənədək çalırıq. 

  

İndi isə yumurta ağlarını 1 çimdik duzla köpüklənənədək çalırıq. 

 

Qaymağı mikserlə yaxşıca çalın. 

Bu ərəfədə şokoladı sürtgəcdən keçirin. 

 

İndı isə yumurtanın sarısı ilə ağını, çalınmış qaymağı və şokoladı birləşdiririk.

 

Sonra həmin kütləni bir qaba töküb,  2 saat buzxanada saxlayırıq.

Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiz. 

Dondurmamız hazırdır.

   

Nuş olsun!

(tərcümə edilib)

4 iyul 2015
GO BACK