Qadin.NET / Çiyələkli dondurma (foto resept)

Çiyələkli dondurma (foto resept)

 

Tərkibi:

200 q.  çiyələk

400 ml. yağlı qaymaq ( 30 - 35 %-li yağ tərkibi ilə)

1 qutu qatılaşdırılmış süd

Hazırlanması:

Qaymağı qatlaşdırılmış süd ilə, kütlə halına gələnə kimi mikserlə çoxlu çalırıq.

Çiyələkləri yuyuruq, blenderdə əzirik.
İkisini də ayrı-ayrı çaldıqdan sonra çiyələyi və qaymağı bir yerdə yaxşı qarışdırırıq.
Sonra həmin kütləni bir qaba töküb, buzxanada saxlayırıq.
Bir az sonra, yenə həmin kütləni geri, qaba töküb mikserlə yaxşıca qarışdırırıq.
Həmin kütləni yenə buzxanaya qoyun. Və 3 - 4 saatdan sonra istifadə edə bilərsiniz.
  
Və budur, dondurmamız hazırdır.
Çiyələkli dondurma (foto resept)

Nuş olsun!

 (tərcümə edilib)

28 iyun 2015
GO BACK