Qadin.NET / Şokoladlı dondurma (foto resept)

Şokoladlı dondurma (foto resept)

 

Tərkibi:
500 ml.  33 - 35 % - li qaymaq
  2  paket südlü şokolad 200 q
400 ml. qatlaşdırılmış süd
Vanil cubuğu, ya da 2 c. q. vanilin
Hazırlanması:
İlk olaraq vanil cubuğu doğranır.
  
 Şokoladı su buxarında əridin.
Soyumağa qoyuruq.
Qaymağı yaxşıca çalırıq.
Çalınmış qaymağa qatlaşdırılmış süd əlavə edib yenidən çalırıq.
İndi çalınmış qaymağa doğranmış vanil çubuğunu, ya da adi vanilin əlavə edib yenidən çalırıq.

Sonra calınmış qaymağa şokoladı əlavə edib yenə çalırıq.
Alınan kütləni dondurma qablarına töküb, içərisinə çubuq qoyuruq.
Sonra qabların qapağını örtüb, buzxanada 10 - 12 saat saxlayırıq.
Və dondurmamız hazırdır.
 Nuş olsun!
 (Tərcümə edilib)
Qeyd:  Əgər dondurma qabınız yoxdursa, adi stəkanlardan istifadə edə bilərsiniz.
25 iyun 2015
GO BACK