Qadin.NET / Portağallı limonlu şirə (foto resept)

Portağallı limonlu şirə (foto resept)

Tərkibi:

Bir böyük boy portağal

1 ədəd limon

2 litr ya adi su, ya da qazlı su

Bir stəkan şəkər tozu

Hazırlanması:

İlk əvvəl portağal və limon rəndədən keçirilir. İstəyən ət maşınından da keçirə bilər.

Portağallı limonlu şirə (foto resept)

İki litrlik balona şəkər tozu, rəndədən keçirilmiş portağal və limon əlavə edilir. Bunun da üzərinə su tökülür, şəkər tozu əriyənə kimi qarışdırılır.

Portağallı limonlu şirə (foto resept)

Daha sonra isə bunu təmiz sütkəcdən keçiririk.

Portağallı limonlu şirə (foto resept)

Budur, artıq sokumuz hazırdı.

Portağallı limonlu şirə (foto resept)

Qeyd: Xanımlar, bura əlavə olaraq istədiyiniz meyvədən istifadə edə bilərsiniz. Bir də yaxşı olar ki, sok hazırladıqdan dərhal sonra içilsin ki, tərkibindəki vitaminlər itməsin.

6 aprel 2016
GO BACK