Tərkibi:
2 paket krem şanti (150 qr
2 st. süd
3-4 ədəd şaftalı
100 qr kakaolu petit beurre peçenye
Üzəri üçün
1 limon qabığı (sürtkəcdən keçrilmiş)
1 ovuc püstə (doğranmış)
Hazırlanması:
Əvvəla şantinin üzərinə südü əlavə edib mikserlə 5-6 dəqiqə çalırıq. Yarım saatlıq soyuducuya qoyuruq.
Peçenyeni və şaftalını doğrayırıq.
Yarım saatdan sonra şantini soyuducudan götürüb, peçenye və şaftalını əlavə edib qarışdırırıq.
Şüşə qaba sallofan çəkirik. Alınan qarışığı içinə töküb sallofanla bağlayırıq.
5-6 saat soyuducuda qaldıqdan sonra qabı boşqaba tərs çevririk.
Üzərinə sürtkəcdən keçrilmiş limon qabığı və doğranmış püstə tökürük.
Şaftalılı parfemiz hazırdır.
Nuş olsun