Qadin.NET / Dondurma tortu (foto resept)

Dondurma tortu (foto resept)

Tərkibi:

Dondurması üçün:

1 ədəd qatılaşdırılmış süd

3 ədəd banan

250 q xama (25%-lik)

1 st qovrulub doğranmış qoz

1 st. damla şokolad (çox şirin sevməyənlər damla şokolad vurmasın)

Altı üçün:

100 q peçenye

75 q şanti (kakaolu)

1 st süd

Üzəri üçün:

Damla şokolad

Hazırlanması:

Əvvəlcə bananı blenderdən keçiririk.

Dondurma tortu (foto resept)

Sonra qatılaşdırılmış süd və xamanı əlavə edib yenidən blenderdən keçiririk.

Dondurma tortu (foto resept)
Dondurma tortu (foto resept)

Qoz və damla şokoladı əlavə edib qarışdırırıq.

Dondurma tortu (foto resept)
Dondurma tortu (foto resept)

Şüşə qabın içinə sellofan səririk  alınan qarışığı içinə tökürük. 1 saat soyducuda saxlayırıq.

Dondurma tortu (foto resept)

Altı üçün şantini südlə çalırıq və peçenyeni doğrayıb qarışdırırıq.

Dondurma tortu (foto resept)

1 saatdan sonra dondurmanı soyuducudan götürüb şanti qarışığının üzərinə yayırıq və yenidən soyducuya qoyuruq (təxminən 10 saat).

Dondurma tortu (foto resept)

Sonra qabı soyuducudan çıxarır və tərs çeviririk.

Dondurma tortu (foto resept)

Üzərini damla şokoladla istədiyiniz kimi bəzəyə bilərsiniz.

Dondurma tortumuz hazırdır.

Dondurma tortu (foto resept)

Nuş olsun!

24 iyul 2014
GO BACK