Qadin.NET / Çiyələkli-kokoslu dondurma (foto resept)

Çiyələkli-kokoslu dondurma (foto resept)

Çiyələkli-kokoslu dondurma (foto resept)

Tərkibi:

Çiyələk - 300 qram
Kokos südü - 300 qram
Kokos suyu - 100 qram
Qaymaq 33 %-li - 50 qram
Qarğıdalı nişastası - 1 çay qaşığı
Yaşıl limon - 1 ədəd

Hazırlanması:

Çiyələkləri yuyub təmizləyirik və yarı hissəyə bölün. İri çiyələkləri 4 hissəyə də bölmək olar.

Çiyələkli-kokoslu dondurma (foto resept)

Çiyələkləri forma qabına bərabər şəkildə qoyun, üzərinə 1 çay qaşığı qarğıdalı nişastası səpin. Sobada 180 dərəcədə 30 dəqiqə bişirin. 10 dəqiqədən bir səliqəylə qarışdırın.

Çiyələkli-kokoslu dondurma (foto resept)

Blenderin iri qabında kokos südünü, kokos suyunu və qaymağı qarışdırın. Bişmiş çiyələyin dörddə üçünü bu şirəylə qarışdırın.

Çiyələkli-kokoslu dondurma (foto resept)

Blenderin köməyilə məhlulu 2-3 dəqiqə daha qarışdırın.

Çiyələkli-kokoslu dondurma (foto resept)

Ən sonda 1 ədəd yaşıl limonun suyunu üzərinə sıxın.

Çiyələkli-kokoslu dondurma (foto resept)

Daha sonra dondurma qablarını götürüb qalan çiyələkləri üstünə tökün, üzərlərinə isə hazırladığınız məhlulu əlavə edib, dondurma çöpünü də batırın. 2-3 saat soyuducuda saxlayın.

Çiyələkli-kokoslu dondurma (foto resept)

Dondurmamız hazırdır.

Çiyələkli-kokoslu dondurma (foto resept) 
Nuş olsun!
Qeyd:  Əgər dondurma qabınız yoxdursa, armudu stəkanlardan istifadə edə bilərsiniz.

(Tərcümə olunub)

13 iyul 2014
GO BACK