Qadin.NET / Quşüzümlü portağal şirəsi (foto resept)

Quşüzümlü portağal şirəsi (foto resept)

Tərkibi:

300 qram dondurulmuş quşüzümü (təzə olsa lap yaxşı olar)

 3 ədəd portağal

 1.5 stəkan su

 4 xörək qaşığı şəkər tozu

1 ədəd darçın çubuğu 

Hazırlanması:

Portağallar yuyulur və qabıqları soyulur.

Quşüzümlü portağal şirəsi (foto resept)

Quşüzümünün donu açılır və yuyulur.

Quşüzümlü portağal şirəsi (foto resept)

Daha sonra quşüzümü blenderdən keçirilir.

Quşüzümlü portağal şirəsi (foto resept)

Portağalların şirəsini sıxırıq və püre halına gəlmiş quşüzümü tənzifdən keçiririk. Hər iksini ayrı stəkanlarda soyuducuya qoyuruq. Şirəsi sıxılmış portağalları və tənzifdə qalan quşüzümü püresini atmırıq.

Quşüzümlü portağal şirəsi (foto resept)

Bir qaba artıq qalan portağalları və quşüzümünü töküb, su əlavə edirik. Üstünə bir ədəd darçın çubuğunu və şəkər tozunu əlavə edib, orta odda 5 dəqiqə qaynadırıq. Odun üstündən götürülür. Qazanın qapağı qoyulur və 30 dəqiqə gözlədilir. Daha sonra süzülür, bir az soyuyur və soyuducuda ayrı-ayrı stəkanlarda olan portağal şirəsi və tənzifdən keçirilərək suyu süzülmüş quşüzümü ilə qarışdırılır.

Quşüzümlü portağal şirəsi (foto resept)

Quşüzümlü portağal şirəmiz hazırdır.

Quşüzümlü portağal şirəsi (foto resept)

Nuş olsun.nyam

(Tərcümə olunub)

1 aprel 2014
GO BACK