Tərkibi:
7 kq tumu çıxarılmış saftalı
2-3 kq şəkər tozu
Su
Hazırlanması:
Öncə şaftalıların tumları çıxarılır. Tumu çıxarılandan sonra çəkisi 7 kq olmalıdır.
Üstünə çıxana kimi su töküb pörtlədirik.
Sonra sudan çıxarıb aşsüzəndən keçiririk. Suyunu saxlayırıq.
Daha sonra ələkdən keçiririk.
Ələkdən keçirdikdən sonra saftalıları pörtlətdiyimiz suyu üzərinə tökürük və səkər tozunu əlavə edib qaynamağa qoyuruq.
Bir qədər güclü atəşdə qaynatdıqdan sonra dadına baxırıq. Əgər şirinliyi zövqünüzə uyğun deyilsə, bir az da şəkər əlavə edirik və isti-isti şüşə qablara yığıb ağzını möhkəm bağlayırıq.