Qadin.NET / Şokoladlı sufle: gecə-gündüz (foto-resept)

Şokoladlı sufle: gecə-gündüz (foto-resept)

Tərkibi:

100 qr. qara şokolad

100 qr. ağ şokolad

500 ml 33-38%-li qaymaq

150 qr. şəkər tozu

10 qr. jelatin

Hazırlanması:

Jelatin 150 ml qaynadılmış soyuq suda isladılır. Paketdə göstərilən vaxta qədər   saxlanılır.

 

 

Sonra ocaq üstündə qızdırılır, qaynayana yaxın götürülür. Ev temperaturunda soyudulur.

Ağ şokolad qaynar su vannasında əridilir, sonra ev temperaturunda soyudulur.

Qara şokalad da həmçinin bu vəziyyətə gətirilir.

Qaymaq şəkər tozu ilə çalınır.

Qaymaq iki hissəyə bölünür, yarısı ağ şokolada qatılır.

Jelatinin yarısı da bu qarışığa əlavə edilir.

Qaymağın qalan yarısı da qara şokolada qatılır.

Həmçinin, jelatinin o biri yarısı bu qarışığa əlavə olunur.

Sufle üçün qab götürülür. Yarısına ağ, yarısına isə qara sufle tökülüb 5 - 6 saat soyuducuda saxlanılır.


Nuş  olsun!

 (Tərcümə edilib)

8 iyun 2013
GO BACK