Qadin.NET / Portağallı-şokoladlı ürək dondurma (foto resept)

Portağallı-şokoladlı ürək dondurma (foto resept)

Tərkibi:

2 ədəd portağal

1.5 st. pudra şəkəri

1 st.qatıq

1 paçka krem şanti

1 st. süd

Üzəri üçün:

1 paçka şokolad sousu

1 st.süd

Rəngli şəkərlər

Hazırlanması:

Öncə portağalın qabığını sürtkəcdən keçiririk.

Sonra şirəsini sıxırıq.


Portağalın qabığını, suyunu və 1.5 st. pudra şəkərini bir qaba töküb yarım saat saxlayırıq.

1 paçka krem şantinin üzərinə 1 st. süd töküb mikserlə çalırıq.

Sonra 1 st. qatığı şantinin üzərinə töküb mikserlə çalırıq.

Ən sonda portağallı qarışığı şantinin üzərinə töküb çalırıq.

Ürək formasında olan qaba sellofan qoyuruq. Qarışığı onun üzərinə tökürük. Üzərini sellofanla bağlayıb soyuducuda 10-11 saat saxlayırıq.

1 paçka şokolad sousunun üzərinə südü əlavə edərək bişiririk və soyumağa qoyuruq. Soyuduqdan sonra hazır dondurmanın üzərinə tökürük, onun üzərinə də rəngli şəkərləri səpirik.


Yenidən soyuducuya qoyub 1 saat saxlayırıq. Portağallı-şokoladlı ürək dondurmamız hazırdır.

Nuş olsun!

7 sentyabr 2013
GO BACK