Qadin.NET / Kivili, bananlı dondurma (foto resept)

Kivili, bananlı dondurma (foto resept)

Tərkibi:

6 ədəd yumurtanın ağı

1 st şəkər tozu

1 paçka pasta kremi

2 st süd

2 ədəd kivi

2 ədəd banan

Hazırlanması:

Əvvəlcə yumurtanın ağını mikserlə çoxlu çalırıq, sonra şəkər tozunu əlavə edib qatı beze olana qədər yenə çalırıq.



Sonra pasta kreminin üzərinə südü əlavə edib mikserlə çalırıq.

İkisini də çaldıqdan sonra bir yerə töküb qarışdırırıq.

Kivi ilə bananı doğrayırıq və həmin qarışığa əlavə edib qarışdırırıq.



İstənilən qaba sellofan sərib alınan qarışığı içinə tökürük və ağzını büküb soyuducuya qoyuruq, 1 gecə soyuducuda qaldıqdan sonra süfrəyə təqdim edirik.



Kivili, bananlı dondurmamız hazırdır.


Nuş olsun.

8 aprel 2016
GO BACK