Qadin.NET / Yaşıl meyvəli dondurma salatı (foto resept)

Yaşıl meyvəli dondurma salatı (foto resept)

Tərkibi:
2 ədəd yaşıl alma
3 ədəd kivi
300 q yaşıl tumsuz üzüm
200 q vanilli plombir
Hazırlanması:
Kivinin qabığını təmizləyib kubik şəklində, orta ölçüdə doğrayırıq.
Üzümləri yuyuruq, əgər üzüm tumludursa, üzümü iki yerə bölüb tumlarını çıxarın, ümumiyyətlə, calışın üzümün tumu olmasın, çünki səliqəsiz görünür, üzüm bütov olsa yaxşıdır.
Sonra almanın qabığını soyub kubik şəklində doğrayırıq.

Artıq bütün meyvələr hazır olduqda onları qarışdırıb xüsusi qablara əlavə edirik üzərlərinə də dondurma qoyuruq.

Qeyd edim ki, bu qədər meyvədən 6 nəfərlik dondurma alınır.

 

Nuş olsun!

1 iyul 2013
GO BACK