Lazım olan ərzaqlar:
300 qr çiyələk
200 ml 30-33 %-li qaymaq
150 qr şəkər tozu (çiyələk çox şirindirsə, səkər az götürülə bilər)
2 x.q. jelatin
Hazırlanması:
Jelatinə 150 ml qaynanmış soyuq su əlavə edirik, üstündə yazıldığı müddətə saxlayırıq.
Sonra jelatini qızdırırıq, amma qaynatmırıq. Soyuduruq.
Çiyələkləri yuyuruq, blendrdə əzirik.
Qaymağı şəkər tozu ilə çalırıq.
Çiyələyi və qaymağı qarışdırırıq.
Jelatini əlavə edib qarışdırırıq.
Qablara tökürük. 3-4 saatlıq soyuducuya qoyuruq.
Nuş olsun!
(tərcümə edilib)