Qadin.NET / Bananlı, portağallı içki

Bananlı, portağallı içki

 

Artiq yaz fəslidir. Havalar istiləşir. Belə isti havalarda sərin içkilərə ehtiyac daha çox olur. Bunun üçün sizə sadə sərin içki təqdim edirəm. Bu südlü içgini uşaqlarınız da çox sevəcək.

           

  Bu içkini hazırlamaq (iki nəfərlik) üçün 1 stəkan portağal suyu,

 


 Kiçik hissələrə bölünmüş  1 ədəd banan,

 


 
2 stəkan süd,


  4 parça buz, 


 2 qaşıq vanilli dondurma lazımdır.

         Bananı, portağal suyunu və südün yarısını bir qaba töküb yaxşıca qarışdırmaq
    lazımdır.

              Sonra lazım olan məhsulların hamısını əlavə edib yenə təkrar qarışdırın. Bu işi mikserlə də etmək olar. Artıq içki hazırdır. 
Onu soyuq halda içsəniz daha ürəyəyatan olar.  


                  Nuş olsun!               
              
11 iyun 2012
GO BACK