Tərkibi:
Böyük dilim qovun (250 qram)
1 st limon suyu (təzə sıxılmış 10 limon)
1 st şəkər tozu
1 ədəd limonun qabığı (1 y/q biraz daha çox sürtgəcdən keçirilmiş)
1,5 st su
sonradan əlavə etmək üçn 3 st su
Hazırlanması:
Limon qabıqlarını sürtgəcdən keçirin.
Şəkər tozu, sürtgəcdən keçirilmi limon qabığı və 1,5 st suyu qazana əlavə edin. Üstünə su əlavə edərək şəkər əriyənə qədər qarışdıraraq qaynadın.
Şəkər əridikdən sonra qazın üstündən götürün və soyumağa qoyun.
Yemişi dilimləyin, üstünə limon suyunu əlavə edərək blenderdən keçirin.
Soyuyan qarışımı püre halına gətirdiyiniz yemişlərə əlavə edin.
Üstünə 3 stəkan daha su əlavə edərək soyumağa qoyun.
Süzgəclə süzərək servis edin.