Kafelərdə hazırlanan bu içkini evdə də hazırlaya bilərsiniz.
Tərkibi:
3 kub buz
dama zövqünə görə 3/4 və ya 1 stəkan süd
1 fincan espresso
1 ç/q şəkər
istəyə görə: krem, karamel, şokolad sousu
Hazırlanması:
Blenderin içinə 3 kub buz, damaq zövqünüzə görə 3/4 və ya 1 stəkan süd, 1 fincan espresso, 1 çay qaşığı şəkər əlavə edib yaxşıca qarışdırın. Qarışımı stəkana boşaldıb üstünə krem, karamel və ya şokolad sousu tökə bilərsiniz.