Tərkibi:
3 su st un
1 su st + yarım çay st su
10 qram instant maya
1 y/q bal
1 ç/q duz
üstü üçün:
1 ədəd yumurta sarısı
1-2 y/q susam
Hazırlanması:
Dərin yoğurma qabına un, duz və maya əlavə edərək taxta qaşıqla qarışdırın.
İçinə bal və 1 su stəkanı su əlavə edib qaşıqla qarışdırmağa davam edin.
Xəmir hazır olmağa başladıqda əlinizlə yoğurmağa başlayın. Yarım çay stəkanı daha su əlavə edərək yoğurmağa davam edin.
Xəmiri 4-5 dəqiqə daha yoğurduqdan sonra üstünü örtərək 30 dəqiqə saxlayın.
Xəmiri unladığınız masanın üstünə qoyun, porsiyalara ayırın.
Ayırdığınız kündələri unladığınız listə düzün və üstünü örtərək 30 dəqiqə daha mayalanmağa qoyun.
Mayalanın çörəklərin üstünə yumurta sarısı çəkin və susam səpin. 190 dərəcədə 10 dəqiqə bişirin.