Qadin.NET / Qarğıdalı çörəyi (foto-resept)

Qarğıdalı çörəyi (foto-resept)

 

Tərkibi:

 

10 y/q qarğıdalı unu

4 y/q un

yarım ç/q qabartma tozu

1 ç/q duz

1 ç/q şəkər

1 st süd

2 ədəd yumurta

1 kibrit qutusu boyda pendir

1 ovuc doğranmış şüyüd

1 st zeytun yağı

1 kiçik kibrit qutusu boyda kərə yağı 

 

Hazırlanması: 

Qarğıdalı ununu və unu bir kasanın içində qarışdırın.

Şüyüdü doğrayıb, əlinizlə üyütdüyünüz pendiri çəngəl köməyi ilə digər ərzaqlara qarışdırın.

Bütün ərzaqları yaxşı qarışdırdıqdan sonra soba listini yağlayın və xəmiri içinə yerləşdirib 170 dərəcəlik sobaya qoyun.

Qarğıdalı çörəyi (foto-resept)

30 dəqiqə sobada bişən və üstü qızılı rəngə çevrilən çörəyi sobadan çıxardın, isladıb yaxşıca sıxdığınız yağlı kağızı üstünə sərin və 10 dəqiqə daha sobada saxlayın.

Dilimləyərək servis edə bilərsiniz.

Qarğıdalı çörəyi (foto-resept)

25 avqust 2019
GO BACK