Qadin.NET / Kartoflu çörək (foto-resept)

Kartoflu çörək (foto-resept)

 

Tərkibi:

 

2 ədəd kartof

2 ədəd yumurta

2 su st un

1 çay st süd

1 çay st duru yağ

1/2 st kəsmik

1 təpələmə ç/q karbonat

1 ovuc doğranmış şüyüd

2 ç/q duz

Üstü üçün xaş-xaş toxumu

 

Hazırlanması:

Kartofları kub-kub doğrayıb qaynadın, yumurtaları çırpın.  Süd və duru yağ əlavə edib çırpın. Şüyüd əlavə edin. Ələnmiş un, duz və karbonat əlavə edin və çırpın.

Kartoflu çörək (foto-resept)

Kartofu və kəsmiyi əlavə edib qarışdırın. Qarışımı yağladığınız soba listinə boşaldıb xaş-xaş toxumu səpin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada üstü qızarana qədər bişirin.

Kartoflu çörək (foto-resept)

26 may 2019
GO BACK