Tərkibi:
4 su st un
1 ç/q duz
1 su st qatıq
1 ədəd yumurta
yarım su st duru yağ
1/4 su st su
1 ç/q sirkə
Arasına çəkmək üçün
Əridilmiş kərə yağı
İçlik üçün:
2 su st lor pendir
yarım dəstə cəfəri
yarım dəstə təzə soğan
Üstü üçün
yumurta sarısı
Hazırlanması:
Xəmir ərzaqlarını dərin qabın içinə qoyaraq 15 dəqiqə yoğurun. Yoğurduqdan sonra xəmiri 15 yerə bölün.
Xəmirləri 2 saat saxlayın. Kündələrdən biri boşqab böyüklüyündə xəfif yayın.
Üstünə fırça ilə kərə yağı çəkin, digər kündələri də açıb eynisini edin. Bütün kündələr bitdikdən sonra, üst-üstə qoyulan xəmiri oxlo ilə açın. Açdığınız xəmiri bərabər formada dödrbucaq halda kəsin.
İçlik üçün olan ərzaqları qarışdırın. Alınan içliyi kvadrat formasında kəsdiyiniz xəmirlərin içinə qoyaraq üçbucaq formada bağlayın. Hər birinin üstünə yumurta çəkərək 180 dərəcədə isidilmiş sobaya verin. Üstü qızarana qədər bişirin.