Qadin.NET / Sarımsaqlı bulka (foto resept)

Sarımsaqlı bulka (foto resept)

 

Tərkibi

 

Xəmiri üçün:

1 su st ilıq süd

1 yumurta (ağı içinə sarısı üstünə)

1 paket maya

1 çay st duru yağ

1 y/q yumşaq marqarin

3 y/q şəkər

1 ç/q duz

alabildiyi qədər un

 

İçlik üçün

yarım dəstə dərəotu

50 qram yumşaq marqarin

2 diş sarımsaq

istəyə görə pendir

1 qədər cəfəri

 

 

Hazırlanması:

Xəmir ərzaqlarını dərin qabın içində sürətli qarışdırın. Ələ yapışmayan xəmir olduqda yarım saat gözlədin. 

Gözlədikdən sonra xəmiri iki yerə bölün, sonra istədiyiniz böyüklükdə parçalara ayırın.

İçliyi hazırlayın. Sarımsaqlı qarışımı kündələrin içinə əlavə etdikdən sonra yumrulayın. 

Sarımsaqlı bulka (foto resept)

Yağlı kağız sərili listə bütün xəmiri yerləşdirin.

15 dəqiqə listdə saxladıqdan sonra yumurta sarısını kənarlarına və üstlərinə çəkin.

230 dərəcədə 15 dəqiqə qızarana qədər bişirin.

Sarımsaqlı bulka (foto resept)

18 dekabr 2018
GO BACK