Qadin.NET / Qatıqlı bulka (foto reset)

Qatıqlı bulka (foto reset)

 

Tərkibi:

1 su st qatıq

1 su st ilıq su

2 ədəd yumurta

100 qram kərə yağı

1 çay st günəbaxan yağı

1 ç/q maya

2 çq toz şəkər

1 ç/q duz

4,5 su st un

xaşxaş

 

Hazırlanması:

Dərin qabın içində maya, şəkər və ilıq suyu yaxşıca qarışdırın. Üstünü bağlayaraq 5 dəqiqə ərzində gözləyin.

1 yumurtanı bütöv digərinin isə yalnızxa ağını yoğurma qabına əlavə edərək qarışdırın. Un istisna olmaqla qalan ərzaqları da əlavə etdikdən sonra maya və unu yavaşca əlavə edərək yoğurma işini tamamlayın.

Qatıqlı bulka (foto reset)

Xəmirin yumşaq olmasına diqqət edin. Hazırladığınız xəmirin üstünü örtüb, mayalanması üçün gözləyin.

Sonra xəmirdən mandalin böyüklüyündə hissələr qoparın. İstədiyiniz forma verərək yağlı kağız sərili soba listinin üstünə yerləşdirin. Üstünə yumurta sarısını çəkin. Xaşxaş səpdikdən sonra 180 dərəcəlik sobada qızarana qədər bişirin.

Qatıqlı bulka (foto reset)

15 dekabr 2018
GO BACK