Tərkibi:
2 st badam unu
1 y/q qabartma tozu
1 ç/q sarımsaq tozu
1 ç/q qurudulmuş tərəvəz ədviyyatları
3 böyük yumurta
3 st sürtgəcdən keçirilmiş mozarella pendiri
5 y/q krem pendir.
Hazırlanması
Sobanı əvvəlcədən 200 dərəcə isidin. Bişirmə kağızını listə sərin.
Bir qabda badam ununu, qabartma tozunu, sarımsaq tozunu, soğan tozunu və qurudulmuş tərəvəz ədviyyatlarını birləşdirin. Tamamilə qarışana qədər qarışdırın. Yumurtalardan birini kiçik qabda yaxşıca çırpın. Bunu simitlərin üstünə çəkmək üçün kənara qoyun. Digər iki yumurtanı isə xəmirə vurmalıyıq.
Hər iki pendiri kiçik qazana qoyub, aşağı dərəcədə qazın üstündə əridin. Əridikdə qazın üstündən götürüb, ilıqlaşana qədər qarışdırın.
Toz ərzaqların içinə 2 yumurtanı və pendir qarışımını əlavə edin. Bütün ərzaqları qarışdırın.
Xəmir çox qatı olsa su əlavə edə bilərsiniz.
Xəmirdən 6 kündə hazırlayın. Əldə etdiyiniz kündələrin ortasında barmağınızla dəlik açın. Haırladığınız xəmirləri listə düzün. Fırça ilə üstlərinə yumurta çəkin. Əvvəlcədən isidilmiş sobada 12-14 dəqiqə, simitlərin üstü qızarana qədər bişirin.