Tərkibi:
2 su st Hindistan qozu südü
1 su st nişasta
1 su st badam unu
2 ç/q sarımsaq tozu
1 ç/q duz
1 ç/q istiot
1/4 su st keçi pendiri
Hazırlanması:
Karbohidrat baxımından az olan badam unu daha sağlam qida hesab olunur.
İlk olaraq, sobanı 175 dərəcə isitməyə başlayın. Soba isinərkən, nişasta, badam unu, sarımsaq tozu, duz və istiotu bir qabda qarışdırın.
Daha sonra Hindistan qozu südü və pendiri əlavə edib, bütün ərzaqları yaxşıca qarışana qədər çırpın. İstəyə görə biraz duz və istiot əlavə edin.
Avokado yağını, orta istilikdə bir tavada isidin. Hazırladığınız qarışımın yarısını tavaya əlavə edin. Pide çörəyini 3-5 dəqiqə qızardıb, sonra digər tərəfini 3-5 dəqiqə qızardın.
Yağlı kağız sərdiyiniz soba listində isə pide çörəyi ilə içliyini bişirə bilərsiniz. Sobada 14-16 dəqiqə bişirin.