Qadin.NET / Pendir və kələmli qızardılmış lavaş (foto resept)

Pendir və kələmli qızardılmış lavaş (foto resept)

Tərkibi:
Lavaş, kələm
Şüyüd, keşniş
Göy soğan
Qırmızı acı toz istiot
2 ədəd yumurta
Duzlu pendir
Qızartmaq üçün duru yağ
Azərduz yodlu narın xörək duzu

Hazırlanması:
Göyərtilər və kələm doğranır, üzərinə yumurta və duzlu pendir rəndənin xırda gözündən keçirilir, duz və istiot əlavə edilir.
Bunlar yaxşıca qarışdırılır. İçliyimiz hazırdır.
Lavaş açılır, hər tərəfinə içlikdən səpilir və rulet formasında bükülür.
Sonra  bu formada istədiyimiz ölçüdə kəsirik.
Tavada yağı yaxşı qızdırırıq və lavaşlarımızın hər iki üzünü qızardırıq.
Budur, pendirli və kələmli lavaşımız hazırdır.
Nuş olsun!!!
19 avqust 2011
GO BACK