Tərkibi:
150 qram otaq istiliyində kərə yağı
2 ədəd yumurta (birinin sarısı üstə çəkiləcək)
yarım su st ilıq süd
yarım su st pudra şəkəri
1 ç/q quru maya
1 çimdik duz
4 su st un
İçlik üçün
3 su st blenderdən keçirilmiş keks
1 y/q kakao
1 y/q pudra şəkəri
1 çay st qoz
1 ç/q darçın
yarım çay st quru üzüm
yarım su st süd
üstü üçün;
yumurta sarısı
susam
Hazırlanması:
Bütün xəmir ərzaqlarınını bir qabın içinə qoyaraq yaxşıca yoğurun. Daha sonra fərqli bir qabın içində içlik ərzaqlarını əlavə edin və bir qaşıq köməyi ilə qarışdırın.
Çörək xəmirindən ovuc içi böyüklüyündə parçalar götürərək yayın. Daha sonra içlikdən açılan xəmirin içinə qoyun.
Rulet formasında sarıyın və ay forması verin. 180 dərəcədə 30 dəqiqə bişirin.