Tərkibi:
150 qram kərə yağı
3/4 su st ilıq süd
1 ədəd yumurta
1/2 su st ilıq su
1,5 ç/q toz şəkər
1 ç/q duz
1 y/q instant maya
3-3,5 su st un
Üstü üçün:
1 y/q susam
1 ədəd yumurta sarısı
Hazırlanması:
İlk əvvəl kərə yağını 1 qabın içində əridin və soyudun. Soyumasının ardından geniş bir qabın içinə ilıq süd, maya və suyu əlavə edin. Son olaraq içlərinə kərə yağını və ununu qoyuraraq yoğurmağa başlayın.
Alınan xəmiri bir qabın içinə qoyaraq üzərinə salafan (strem film) sarın və mayalanmasını gözləyin. Mayalanan xəmirdən parçalar qopararaq əlinizlə forma verin.
Poğaçaların üstlərinə yumurtaları sürtün və susam əlavə edərək 180 dərəcədə isidilmiş sobada 25 dəqiqə bişirin.