Tərkibi:
1 kq un
1 litr ilıq süd
1 su st duru yağ
2 yumurta ağı
1 y/q toz şəkər
1 ç/q duz
1 paket yaş maya
İç üçün
1 kasa çəkilmiş qoz
2 su st haşhaş
1 su st duru yağ
Üstü üçün
2 yumurta sarısı
1 çimdik toz şəkər
2 y/q süd
Susam
Hazırlanması:
Un istisna olmaqla bütün ərzaqları bir qabın içində qarışdırın. Daha sonra içinə unu əlavə edin və yoğurun. İç üçün olan ərzaqları qarışdırın. Xəmiri açın və hissələrə bölün.
İçliyi içinə qoyaraq rulet formasında sarıyın.Yumurta sarılarını, toz şəkər, süd və susamı qarışdırıb üstlərinə çəkin.