Tərkibi:
125 qram kərə yağı
1 ədəd yumurta
1 paket qabartma tozu
3 su st un
1 çimdik duz
1 st süd
2 y/q bal
Hazırlanması:
1. Un və kərə yağını yaxşıca qarışdırın.
2. Xəmirin içinə südü və digər ərzaqları əlavə edin.
3. Xəmiri oxla köməyi ilə açın.
4. Xəmirin kənarlarını qatlayın.
5. Açdığınız xəmiri yuvarlaq forma verin.
6. Dairəv forma verdiyiniz xəmirləri tavaya düzün.
7. Tavada qızaran xəmirlərin üzərinə əridilmiş kərə yağı çəkin.
8. İçlərinə mürəbbə çəkərək servis edin.