Qadin.NET / Bulka (foto resept)

Bulka (foto resept)

Tərkibi:

1 paket yaş maya

3 y/q şəkər

1 ç/q duz

1 su st duru yağ

1 su st mədən suyu

1 su st süd

ehtiyac olan qədər un

 

üstü üçün:

1 ədəd yumurta sarısı

 

Hazırlanması:

İlk əvvəl südü ilıq bir hal alana qədər isidin. Dərin bir qabın içinə mayanı əlavə edin və qarışımı bu formada 10 dəqiqə saxlayın.

Bulka (foto resept)

Un xaric digər ərzaqları 10 dəqiqədən sonra yoğurun. Ərzaqları qarışıma az-az əlavə edərək əlinizlə yoğurun. Xəmir hazır olandan sonra xəmiri 1 saat mayalanmağa qoyun.

Bulka (foto resept)

Mayalanmanın ardınca xəmirdən qoz böyüklüyündə parçalar qopararaq əlinizlə yuvarlayın və listə düzün. Üstlərinə yumurta sarısı sürtün, 200 dərəcədə üstləri qızarana qədər bişirin.

Bulka (foto resept)

 

 

 

 

 

 

 

7 may 2018
GO BACK