Tərkibi:
2 y/q soyuq su
1 ədəd kəvər
1/2 alma
50 qram fındıq
2 ədəd yumurta
400 ml turş krem
1 y/q tərəvəz yağı
200 qram kolbasa
Duz
Hazırlanması:
Un, kərə yağı, yumurta sarısı, bir çimdik duz və soyuq suyu bir qabın içində yoğurun. Yoğurduqdan sonra 30 dəqiqə kənarda saxlayın.
Kəvəri, kolbasanı və almaları qalın dilimlər halında, fındıqları isə incə-incə doğrayın. Krem və yumurtanı ayrı-ayrı çırpın.
Doğradığılarınızı yağ ilə birlikdə orta dərəcədə qovurun.
Xəmiri yuvarlaq şəkildə yayın.
Xəmiri tart qabına yerləşdirin. Üzərinə qovurduğunuz qarışımı əlavə edin. Ən üstə krem və yumurta ilə hazırladığınız sousu əlavə edin.
Sobada çəhrayı rəng alana kimi bişirin. Servis edin.
Nuş olsun!