Qadin.NET / Pendirli kəsmikli piroq (foto resept)

Pendirli kəsmikli piroq (foto resept)

Tərkibi: 

  Yumurta - 2 ədəd

"Best Cow" kərə yağı - 100 q.

Un - 200 - 250 q.

Duz - 1 ç. q.

Qabartma tozu - 1 ç. q.

İçlik üçün:

 Kəsmik - 200 q. 

Pendir - 200 q.

 Yumurta - 2 ədəd

 Sarımsaq - 2 - 3 diş

 Keşniş və şüyüd - 1 dəstə

Duz

Hazırlanması:

Əvvəlcə içlik hazırlanır.

   

Göyərtilər yuyulur, xırda doğranılır, bir yerdə qarışdırılır.

Pendir sürtgəcin iri gözündən keçirilir.
 

Üzərinə 2 ədəd yumurta əlavə edirik.

Sonra kəsmik əlavə edilir.

Üzərinə sarımsaq əzirik.

Sonra doğranmış göyərti əlavə edin.

Pendir duzlu olarsa, onda duz vurmayın. 

Yaxşı qarışdırın.

İndi xəmiri hazırlayırıq:
Bunun üçün yumşaq yağ və yumurta qarışdırılır.
Una duz, qabartma tozu əlavə edilib, xəmir yoğrulur.
Diametri 29 sm. olan yağlanmış qabin içinə xəmiri əlimizlə yayırıq.

Üzərinə içlik qoyulur.

Sobada 180 dərəcədə 40 - 45 dəqiqə bişiririk.

Pendirli kəsmikli piroqumuz hazırdır.

Nuş olsun!

 (TərСЃümə edilib)
11 sentyabr 2016
GO BACK