Tərkibi:
Farş- 500 q
Soğan- 1 ədəd
Sarımsaq- 1 diş
"Best cow" kərə yağı- 50 q
Şüyüd- 1 dəstə
Yumurta- 3 ədəd
Duz-istiot
Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanın üzərinə sarımsaq da əlavə edirik. Sonra soğanı ətin üzərinə əlavə edirik. Şüyüdü xırda-xırda doğrayıb ətin üzərinə əlavə edirik. Duz-istiot səpip qarışdırırıq. 1 ədəd də yumurtanı ətə əlavə edib qarışdırırıq. Əti iki hissəyə ayırırıq. Xəmiri şəkildə gördüyünüz kimi açıb üzərinə ətin bir hissəsini əlavə edirik. 2 yumurtanı əvvəldən bişiririk.
Yumurtaları iki hissəyə bölüb ətin üzərinə şəkildə gördüyünüz kimi yerləşdiririk.
Sonra ətin qalanını yumurtaların üzərində əlavə edib forma veriririk. Xəmirin qıraqlarını 2 sm enliyində kəsirik.
Və şəkildə gördüyünüz kimi bir-birinin üzərnə çeviririk. Üzərinə yumurta sarısı çəkirik. 200 dərəcədə 1 saat bişirmək lazımdır.
Dadlı ruletimiz hazırdır.
Nuş olsun!