Tərkibi:
Su-150 ml
Kefir- 350 ml
Un- 750-800 q
Şəkər tozu- 1x.q
Duz- 1ç.q
Yumurta- 1 ədəd
"Zeytun bağları" zeytun yağı
Maya- 20 q
Küncüt
Hazırlanması:
İlk öncə xəmiri yoğuracağımız qaba ilıq su əlavə edirik.
Sonra duz, şəkər tozu və maya əlavə edirik. Yaxşı-yaxşı qarışdırırıq.
Yarım stəkan un əlavə edib qarışdırırıq.
Qarışım xamaya bənzəyir. Üzərini təmiz çay dəsmlı ilə örtüb 20 dəqiqə gözləyirik.
Bu zaman qarışım ikidəfə şişir. Sonra üzərinə kefir əlavə edirik.
Az-az un əlavə edib yumşaq xəmir yoğururuq.
Üzərini örtüb 2-3 saat dinlənməyini gözləyirik.
Xəmiri 6 hissəyə bölürük. Çörəyimizi bişirəcəyimiz qabı zeytun yağı ilə yağlayırıq.
Kündələri qaba yerləşdiririk. 20 dəqiqə daha gözləyirik.
Üzərinə yumurta sarısı çəkib, küncüt səpirik.
200 dərəcədə 45 dəqiqə bişiririk.
Həm görünüşü, həm dadı çox gözəl bir çörək alınır.
Ətirli çörəyimiz hazırdır.
Nuş olsun!