Tərkibi:
Qat-qat xəmir - 1kq
Toyuq budu-7-8 ədəd
Kələm- 2-3 yarpaq
Kök- 1 ədəd
Soğan- 1 ədəd
Duru yağ- 50 q
Duz-istiot
Yumurta- 1 ədəd
Tomat- 1 x.q
Hazırlanması:
Kələmi nazik-nazik doğrayırıq.
Kökü sürtgəcin iri gözündən keçiririk. Soğanı xırda-xırda doğrayıb bir az qovururuq.
Sonra üzərinə kələmi və kökü əlavə edib birlikdə bişiririk.
Toyuq budlarını da bişiririk.
Qat-qat xəmiri şəkildə gördüyünüz kimi açıb kəsirik.
Mərkəzinə kələmi əlavə edirik.
Sonra budu qoyub bükürük və iplə bağlayırıq.
Üzərinə yumurta çəkib 200 dərəcədə 30 dəqiqə bişiririk.
Nuş olsun!
Tərcümə olunub