Ərzaqlar:
Bitki yağı
Un- 1 kq
Maya- 10 qr
Kefir-0.5 l
Duz
Yumurta-1 ədəd
İçlik üçün:
1 kq ət
2-3 baş soğan
İstiot, duz
Hazırlanması:
Maya, duz, yumurta, kefir, su – bunları bir yerdə qarışdırb adi mayalı xəmir yoğururuq.
Gəlmək üçün isti yerə qoyuruq.
İçlik hazırlamaq üçün əti maşından keçiririk.
Tavada hazır olana kimi yağda qovururuq.
Hazır ətə yağda qovrulmuş soğan əlavə edirik.
Bura duz və istiot əlavə edib qarışdırırıq.
Xəmir əmələ gəldikdə 50-60 qramlıq kündələr hazırlayırıq və gəlməsi üçün 15-20 dəqiqə gözləyirik.
Kündəni əlimizlə yayırıq.
İçərisinə 1 x.q. hazır içlikdən qoyub istədiyimiz formada bükürük.
Yağlanmış listə yığıb 10 dəqiqə qalxmasını gözləyirik.
Üzərinə yumurta sarısı cəkib sobada hazır olana qədər bişiririk.
Peraşkilərimiz hazırdır.
Sobadan götürdükdən sonra üzərini sütfə ilə örtün ki, yumuşalsın.
Buyurun xanımlar, peraşkilərimiz yeməyə hazırdır. Nuş olsun!