Lazım olan ərzaqlar:
Göyərtilər
Holland pendiri
4-5 baş soğan
Göy kələm
Duz, istiot
Az mayalı xəmir
Hazrlanması:
Çox az maya, duz elavə edib xəmir yoğurun.
Xəmirdən balaca kündələr kəsib yayırıq.
Yayılmış xəmirin üzərinə doğranmış goyərti qoyuruq.
Göyərtinin üzərinə göy salatı əlavə edirik.
Bunun da üzərinə doğranıb duzlanmış soğan əlavə edirik.
Axırda rəndələnmiş pendir əlavə edib kətəni bükürük.
Hər iki tərəfini qızardıb götürürük.
Süfrəyə verərkən üzərinə kərə yağı çəkilir. istəyə görə xama və ya sumaxla yemək olar.
Kətələrimiz hazırdır, nuş olsun.