Qadin.NET / Pendirli bulkular (foto-resept)

Pendirli bulkular (foto-resept)

Tərkibi:

Süd- 200 q

Şəkər tozu-2 x.q

Maya-1 ç.q

Un- 300 q

Duru yağ-2 x.q

Pendir -200 q

Yumurta- 1 ədəd

Hazırlanması:

Pendirli bulkular (foto-resept)

İlk öncə ilıq südün üzərinə maya və şəkər tozunu əlavə edib qarışdırırıq. Bir gözləmək lazımdır ki, maya bir az şişsin.

Pendirli bulkular (foto-resept)

Sonra üzərinə un və duru yağı əlavə edib xəmir yoğururuq.

Pendirli bulkular (foto-resept)

Xəmiri isti yerdə 2-3 saat saxlaya bilərik.

Pendirli bulkular (foto-resept)

Sonra xəmiri 10 hissəyə bölürük.

Pendirli bulkular (foto-resept)

Və hər kündəni yayıb bir tərəfinə pendir qoyub o biri tərəfini şəkildə gördüyünüz kimi kəsirik.

Pendirli bulkular (foto-resept)

Və rulet kimi bükürük.

Pendirli bulkular (foto-resept)

Üzərinə çay dəsmalı sərib 25-30 dəqiqə gözləyirik.

Pendirli bulkular (foto-resept)

Sonra yumurta sarısını üzərinə çəkib 200 dərəcədə 15 dəqiqə bişiririk. Dadlı blkularımız hazırdır. 

Pendirli bulkular (foto-resept)

Nuş olsun!

4 oktyabr 2015
GO BACK