Tərkibi:
Un - 500 q
Süd - 250 ml
Yumurta - 1 ədəd
"Möcüzə" duru yağı (qarğıdalı) - 6 x.q
Quru maya - 1 ç.q
Duz - 1 ç.q
Şəkər tozu - 1 x.q
İçlik olaraq:
Kolbasa
Yumurta sarısı - 1 ədəd
Süd - 1 x.q
Hazırlanması:
Xəmir yoğrularaq acımağa qoyulur. Acıdıqdan sonra 15 kündəyə bölürük.
1-ci 3 kündə şəkildəki kimi düzəldirik.
Boş xəmir kolbasalı xəmirin ortasına qoyulur və şəkildəki kimi kəsilir.
Kəsilmiş xətti bir-birinin üstünə qoyuruq.
Üzərinə yumurta sürtülür və küncüt səpilərək bişirilir.
2-ci yenə 3 kündə şəkildəki kimi düzəldirik.
Boş xəmiri kolbasalı xəmirlərin arasına qoyuruq. Şəkildəki kimi kəsilir.
Hər hissə bir-birinin əksinə çevrilir.
Yumurtalanaraq bişirilir.
3-cu variantda da həmin qayda ilə edilir.
Şəkildəki kimi çevrilir.
Yumurtalanıb bişirilirilir.
Qeyd:Yumurta sarısı südlə qarışdırılaraq üzərilərinə çəkilir. Xəmirlər bişirilməzdən əvvəl 15-20 dəqiqə saxlanılır. Saxlandıqdan sonra 200 dərəcədə 15 dəqiqə bişirilir.
Nuş olsun!