Tərkibi:
Un -600 q
Süd -1 stəkan
Maya- 1 çay qaşığı
"Möcüzə" duru yağı (günəbaxan)- 200 q
Şəkər tozu -1 xörək qaşığı
Duz -1 çay qaşığı
İçlik:
Zövqünüzə görə dəyişə bilər, kəsmik və göyərti ilə
Kartof pürəsi
Qiymə və s.
Hazırlanması:
Südü qızdırırıq. Üzərinə yağ əlavə edirik. Bu qarşıq az isti olmalıdır. Sonra üzərinə şəkər tozu, maya və duz əlavə edirik. Sonra 5-10 dəqiqə saxladıqan sonra unu az-az əlavə edib qarışdırırq. Gəlməsini gözləmək lazım deyil. Xəmiri 6 hissəyə bölürük.
Hər birini dördbucaqlı formada yayın (təxminən 50x30 sm). Qalınlığı təxminən 3 mm olsun.
Uzun tərəfinə iç qoyub rulet kimi bükün, sonunu bitişdirin.
Əlinizi una batırın, sonra əlinizin kənarı ilə ruleti bölün (irəli-geri hərəkət etdirməklə).
Bu prosesdə peraşkilərin kənarı öz-özünə bitişəcək. Qəşəng olsun deyə əlinizlə forma verə bilərsiniz.
Perqament döşənmiş siniyə düzün. Peraşkilərin üzərinə başqa nəsə çəkməyə ehtiyac yoxdur.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üstü qızarınca bişirin.
Az qızarsa, yumşaq, bir az çox qızarsa daha sərt olacaq.
Nuş olsun!