Tərkibi.
2 ədəd yuxa(lavaş)
İçi üçün.
150 qr qiymə,
1 ədəd orta boy quru soğan,
1 qaşıq "Bizim Tarla" tomat pastası,
1 ç.q qara istiot,
1ç.q pul bibər,
1 qəhvə fincanı "Möcüzə" duru yağı(günəbaxan),
Yarım dəstə keşniş,
Duz (zövqə görə)
Üzəri üçün.
"Möcüzə" paket yağı
pul bibər,
Sarımsaqlı qatıq
Hazırlanma qaydası;
Əvvəlcə soğanı xırda-xırda doğrayıb, duru yağda qovururuq və qiyməni də ora əlavə edib bir daha qovururuq.
Tomat pastasını da əlavə edib qarışdırın. Sonda pul bibər və qara istiot əlavə edib qarışdırın. Ocağın altını söndürün.
Yuxa(lavaş) açırıq və bir tərəfinə qovrulmuş qarışımı qoyub, rulet şəklində bükürük.
Təmiz, böyük bir tülbəndi (yəni cuna və ya təmiz bir parça) stolun üzərinə sərin və rulet şəklində bükülmüş mantımızı tülbəndin üzərinə yerləşdiririk.
Tülbəndin kənarlarını azca boşluq buraxmaqla şəkildəki kimi bağlayırıq.
Tülbəndin hər iki tərəfindən ehmalaca götürüb kənarda qaynayan suyun içərisinə yerləşdiririk.
Üzərinə bir miqdar duz əlavə edirik. 5-6 dəqiqə qaynadıqdan sonra ordan çıxarırıq.
Sonra açılan tülbəndi təkrar olaraq o biri yuxanını qoyaraq davam edirik.
Tülbənddən açılan bişmiş rulet mantı 2 barmaq enində kəsilir.