Qadin.NET / Listdə pendirli rulo boxça (foto resept)

Listdə pendirli rulo boxça (foto resept)

Tərkibi:

1 bardaq ilıq süd,

1 bardaq ilıq su,

1 yumurta ağı, (sarısı üzərinə)

0,5 st "Möcüzə" qarğıdalı yağı,

1 qaşıq şəkər tozu,

Ağ pendir,

1 paket yaş və ya quru maya,

1 ç.q duz,

Aldığı qədər un.

Hazırlanması:

Listdə pendirli rulo boxça (foto resept)

Əvvəlcə süd, su, şəkər tozu və mayanı qarışdırırıq, 10 dəqiqə gözlədirik. Hazırlanan tərkib köpdükdən sonra içinə duru yağ, duz, yumurta ağı və aldığı qədər un əlavə edib orta yumuşaqlıqda bir xəmir yoğururuq. Heç gözlətmədən xəmiri iki yerə bölürük.

Listdə pendirli rulo boxça (foto resept)

Orta ölçülü listimizi götürüb ora list enində yağlı kağız yerləşdiririk.

Listdə pendirli rulo boxça (foto resept)

2 hissəyə bölünmüş xəmirin hər ikisini şəkildəki ölçüdə yayırıq.

Listdə pendirli rulo boxça (foto resept)

Rəndələnmiş pendir, yayılmış xəmirin üzərinə səpilir.

Listdə pendirli rulo boxça (foto resept)

Rulo şəklində xəmir bükülür, şəkildə görüldüyü kimi kəsilir.

Listdə pendirli rulo boxça (foto resept)

Kəsdiyimiz rulolar listə yerləşdirilir.

Listdə pendirli rulo boxça (foto resept)

Üzərinə yumurta sarısı vurulur. Qızdırılmış sobaya qoyulur.

Listdə pendirli rulo boxça (foto resept)

Üzəri qıp-qırmızı qızarana qədər bişiririk.

Listdə pendirli rulo boxça (foto resept)

Budur, pendirli rulomuz hazırdır.

Nuş olsun!

22 yanvar 2015
GO BACK