Lazım olan ərzaqlar:
300 qr. farş
2 baş soğan
300 qr. pendir qarışığı
100 qr kəsmik
6 st.ələnmiş un
İlıq su
200 qr. "Möcüzə" paket yağı
4 yumurta
5 qr. maya
Üzərinə səpmək üçün çörəkotu
Zövqə görə duz, istiot
Hazırlanması:
Əvvəlcə una 2 yumurta, 100 qr əridilmiş yağ, maya, duz əlavə edib yumşaq xəmir yoğururuq.
10-15 dəqiqəlik özünə gəlməyə qoyuruq.
1-ci içlik üçün farşa doğranmış soğan əlavə edib tavada tam bişiririk.
2-ci içlik üçün 3 fərqli pendirdən istifadə edirik.
Hər birini rəndədən keçiririk. Lazım gəlsə duz əlavə edirik.
Xəmiri 5-6 hissəyə bölürük.
Xəmiri yayıb yağlayırıq.
Bunun da üstündən ətli içliyi yayırıq.
Bunu rulet formasında büküb sobanın yağlanmış listinə qoyuruq.
İkinci xəmir pendir içlikli olmalıdır.
Beləliklə, birinci ətli sonra da pendirli xəmirləri sıra ilə listə yığırıq.
Üstünə 2 yumurta və 3 x.q. xama əlavə edib qarışdırırıq.
Bu qarışığı börəyimizin üzərinə çəkib çörəkotu səpirik.
Sobada 180 dərəcədə bişiririk.
Pendirli, ətli börəklərimiz hazırdır.
Nuş olsun, xanımlar !!!