Tərkibi:
2 ədəd yumurta(sarılarını ayırın)
1 st qatıq
1 st su
1 st "Möcüzə" duru yağı
1 ç/q duz
1 st rəndələnmiş pendir
Zövqə görə kişniş və şüyüd
2 paket qabartma tozu
5,5 st un.
Hazırlanması:
Un xaric bütün ərzaqlar biri-birinə qarışdırılır.
Un da əlavə olunaraq yavaş-yavaş xəmir yoğrulur.
Xəmirə forma verilib listə düzülür və üzərlinə yumurta sarısı vurularaq küncüt və yaxud xaş-xaşla bəzədilir.
180 dərəcədə üzəri qızaranadək bişirilir.
Budur, asan boxaçamız hazırdır.
Nuş olsun!