Qadin.NET / Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Tərkibi:

4 ədəd yuxa

2 ədəd qat-qat xəmir

300 q qiymə

2-3 soğan

1 dəstə şüyüd

Sousu üçün:

1 st süd

Yarım st. "Möcüzə" duru yağı

2 yumurta (1-nin sarısını üzəri üçün götürürük)

Duz, istiot

Hazırlanması:

Əvvəlcə qiymənin üzərinə soğanı sürtkəcdən keçiririk və su töküb bişməyə qoyuruq.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Bişdikdən sora duz və istiot vururuq və şüyüdü doğrayıb əlavə edib qarışdırırıq.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Sousu hazırlamaq üçün süd, yağ, yumurta və duz, istiotu əlavə edib qarışdırırıq.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Şüşə qabı duru yağla yağlayırıq. 1 yuxanı içinə səririk.

Qat-qat xəmirli, yuxalı börək (foto resept) 

1 yarım yuxanı (6 hissəyə bölürük) sousda isladırıq və 1 yuxanın üzərindən qabın içinə qoyuruq. 

Qat-qat xəmirli, yuxalı börək (foto resept)
Sousdan üzərinə tökürük və qiyməni də onun üzərinə əlavə edirik.  
Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Qalan 1 yarım yuxanı da sousda isladırıq. Qiymənin üzərindən qoyuruq və qalan sousu üzərinə tökürük.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Qat-qat xəmiri yayırıq, nazik şüşə qab boyda üst-üstə qoyub yuxanın üzərindən qoyuruq.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)
Qat-qat xəmirli, yuxalı börək (foto resept) 

Üzərinə yumurta sarısı vururuq və 200 dərəcəlik sobada bişiririk.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Qat-qat xəmirli, yuxalı börəymiz hazırdır.

Qat-qat xəmirli, yuxalı börək (foto resept)
Qat-qat xəmirli, yuxalı börək (foto resept)

Nuş olsun!

2 avqust 2014
GO BACK