Tərkibi:
1 ç.q quru maya
3/4 st. ilıq su
1 x.q şəkər tozu
Yarım st. "Zeytun Bağları" zeytun yağı
1 ç.q duz
3 st. un
150 q salyami (bərk kolbasa növü – istəyə görə başqası da olar)
100 q pendir
Yarım st. çili bibəri
İtalyan ədviyyatları (zövqə görə)
Hazırlanması:
Quru maya, su və şəkər tozunu qarışdırıb 5 dəqiqə saxlayın. Qarışımın üzərində kiçik köpülər əmələ gələndə zeytun yağını əlavə edin və qarışdırın.
Bundan sonra qarışımı böyük bir qaba əlavə edin. Üzərinə 1 stəkan un əlavə edib qarışdırın. Unu yarım stəkan olaraq əlavə edib qaşıqla qarışdırın. Qarışımın qaşıqla qarışdırlıması çətinləşənə qədər bu prosesə davam edin.
Bundan sonra xəmiri yaxşıca yoğurun. Xəmir yumşaq ələ yapışmayan olmalıdır. Xəmiri 1- 1,5 saat acıması üçün üzərini bağlayıb kənara qoyun.
Xəmir acıyandan sonra onu unlanmış masaya qoyun və əlinizlə düzbucaqlı şəklində yayın. Oxlovla da açmaq olar. Amma onda xəmir lazım olduğu qədər şiş olmayacaqdır.
Xəmirin üzərinə pendir səpin, onun da üzərinə halqa şəklində doğranmış kolbasanı, bibəri düzün.
Sonra isə onu rulet şəklində bükün. Üzərini zeytun yağı ilə yağlayın və üzərinə ədviyyatlar əlavə edin.
Ruleti bir saat kənarda saxlayın ki, yağı canına çəksin. Sonra 200 dərəcəli sobada 25 dəqiqə bişirin. Rulet bir qədər soyuyandan sonra onu kəsib süfrəyə verin.
Bu ruleti süfrəyə soyuq yemək kimi vermək olar.
Nuş olsun!
(Tərcümə edilib)