
Tərkibi:
1 kq soyutma kartof
280 q un
1 ədəd yumurta
"Wellington" kərə yağı
Duz
Hazırlanması:
Kartof sürtkəcdən keçirilir, yumurta və un əlavə edib, çox bərk olmayan xəmir yoğrulur.

Xəmiri 7-8 balaca kündələrə bölürük.

Kündələrə 1.5 sm qalınlığında kolbasa forması veririk.

Sonra 2 sm. uzunluğunda kəsirik.

Üzərindən çəngəllə zolaqlar çəkirik.

Qaynar duzlu suda 2-3 dəqiqə bişirilir. Sonra qaba çəkilib üzərinə yağ gəzdirilib yeyilir.
Nuş olsun!